Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk edib

Tramp Dananqda təntənəli qəbulu Putinlə söhbət etmədən tərk edib
  • DÜNYA

ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl, rusiyalı həmkarı Vladimir Putinlə söhbət etmədən tərk edib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şam yeməyi zamanı  Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb.
 
Bundan əvvəl fotoşəkil çəkilişi  zamanı prezidentlər bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb. Bundan əvvəl liderlər arasında görüş  iyulda Hamburqda "G-20” sammiti çərçivəsində baş tutmuşdu. Qeyd edək ki, APEC sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçirilir.


Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR