Tramp 1628 yalan bəyanat verib - ARAŞDIRMA

Tramp 1628 yalan bəyanat verib - ARAŞDIRMA
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın seçkiqabağı yalan vədləri ilə yanaşı, hakimiyyətə gəldikdən sonra da yalan bəyanatları ölkədə narazılıq yaradıb.

Publika.az xəbər verir ki, Amerika mediası hakimiyyətə gəldiyi gündən bu günə kimi prezident Trampın fəaliyyətini dəyərləndirib. Məlum olub ki, Tramp ABŞ prezidenti seçilən gündən 1628 yalan və qeyri-dəqiq bəyanat verib.
Noyabr ayının 14-nə qədər, 298 gün prezident postunda olan D.Tramp, orta hesabla gün ərzində 5,5 yalan ifadələrlə çıxış edib.
Jurnalistlər iddia edir ki, o, səlahiyyətlərini qeyri-peşəkarcasına yerinə yetirməyə davam edərsə, cari ilin sonuna qədər yalan bəyanatların sayı 2 mini keçəcək. Nəzərə alsaq ki, prezidentlik müddəti qanunla 4 il təyin edilir bu rəqəm artaraq 8 min təşkil edəcək.
Sözügedən məqalənin yayımlandığı "The Washington Post” nəşri qeyd edir ki, məqalə Donald Trampın yenilənən bəyanatlarının ümumi bazası əsasında hazırlanıb. Hesablamaların nəticəsinə əsasən, prezident Trampın ABŞ-da işsizlik səviyyəsinin azalması, vergi, fond bazarı və sabiq prezident Barak Obamanın təsis etdiyi "Obamacare” səhiyyə proqramı haqqında danışarkən səhvlər buraxdığı qeydə alınıb.
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR