Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub

Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub

Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışı olub


Millət vəkili Qənirə Paşayeva Tovuzda Milli Qəhrəman Naiq Yusifovun büstünün açılışında gəncləri ondan örnək götürməyə çağırıb.

Tovuzun ön cəbhə kəndlərindən biri olan Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun büstünün açılışı oldu. Açılışda Tovuz rayon icra başçısı T.Zeynalov, millət vəkili Q.Paşayeva, kənd ziyaları, ictimaiyyət nümayəndələri, ağdam kənd sakinləri və məktəblilər iştirak ediblər. Tovuz rayon icra başçısı T.Zeynlanov geniş çıxış edərək Naiq Yusifovun qəhrəmanlığından, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş tovuzlular haqqında danışaraq "bu gün də işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün hər birimiz Ali Baş Komandanın əmrinə hazır olmalıyıq və hazırıq" deyib. Çıxışına dəyərli şəhid qardaşımızın, onun əziz ana və atasının, bütün şəhidlərimizin və onların ailələrinin qarşısında baş əyirəm deyərək başlayan millət vəkili Qənirə Paşayeva Milli Qəhrəmanımız Naiq Yusifovun böyüyüb boya-başa çatdığı Ağdam kəndinin Azərbaycanın qəhrəman kəndlərindən biri olduğunu deyib və qəhrəman şəhidimizin həyat yolu ilə bağlı geniş çıxış edib: Mənim tanıdığım qəhrəman qardaşımız Naiq Yusifov bütün gənclərin də yaxından tanımasını və onun şəhidlik zirvəsinə gedən qəhrəmanlıqla dolu həyat yolunu hər bir gəncimizin öyrənməsini çox istəyirəm. Ali Baş Komandanımızın söylədiyi kimi gənc nəsillərimiz qəhrəman şəhidlərimizin həyat yolundan örnək almalıdır və hər bir azərbaycanlı işğalçı Ermənistanın işğal altında saxladığı torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıdır. Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü bir daha bütün dünyaya göstərdi və inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edcəıyik və o gün uzaqda deyil. "

Sonra Milli Qəhrəmanımızın atası və anası çıxış edərək Naiq Yusifovla bağlı xatirələrini bölüşüblər və Ali Baş Komandan cənab Prezidentimizin hər zaman Milli Qəhrəman ailələrinə, şəhid ailələrinə diqqət və qayğısından danışaraq təşəkkürünü bildiriblər. Büstün açılışı oldu və Milli Qəhrəmanın büstünün üzərinə rayon ictimaiyyəti gül dəstələrini qoydulur.

Anım mərasimi Naiq Yusifovun doğulduğu evdə də davam edib.

 








Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR