Tovuzda kütləvi dava

Tovuzda kütləvi dava

Tovuz rayonunda toyda kütləvi dava olub.

Aktual.az  Trend-ə istinadən  xəbər verir ki,  hadisə sentyabrın 27-də, axşam saatlarında rayonun Yanıqlı kəndində təşkil olunmuş toy mərasimində baş verib.
Toyda sərxoş vəziyyətdə olan bir neçə nəfər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib.
Hadisə nəticəsində kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Xəyal Valeh oğlu döyülüb. O, toy iştirakçılarının köməyi ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralının vəziyyəti ağırdır.
 
Aktual.az  
Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR