Tovuz sakinin həyətindən 84 top mərmisi - Götürüldü

Tovuz sakinin həyətindən 84 top mərmisi   - Götürüldü

Tovuz sakininin hobbisi hamını təəccübləndirib.

Aktual.az Kəpəztv.az-a istinaən xəbər verir ki, o, 30 ildən artıqdır ki, həyətinə partlamamış mərmi toplayıb.Sovet dönəmində poliqonda istifadə edilən mərmiləri toplamaq uzun illər Çöyrançöl adlanan ərazidə çobanlıq edən Qədirli kənd sakini Vəli Sadıqovun hobbisinə çevrilib. Nəhayət o, digər çobanlarla birgə yığdığı çəkisi 10 kiloqramdan artıq olan mərmiləri ANAMA-ya vermək qərarına gəlib. Qədirli kənd sakininin müraciətinə əsasən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları həyətyanı sahəyə baxış keçirərək oradan 100 millimetrlik partlamamış 84 top mərmisi götürüblər.

ANAMA tərəfindən aprelin 7-dən 16-dək Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 260 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahəsinə baxış keçirilib. Nəticədə partlamamış 136 hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Hazırda təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

Xəbər 320 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR