Torpaqların münbitliyi haqda qanuna dəyişiklik edildi

Torpaqların münbitliyi haqda qanuna dəyişiklik edildi

İlham Əliyev “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Aktual.az xəbər verir ki, Fərmanda deyilir:

“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 290 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 157; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Dördüncü və beşinci abzaslarda “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilsin.

2. Altıncı abzasda “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir” sözləri “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (torpaqların dövriyyəsi və münbitliyinin vəziyyəti hissəsində) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (torpaqların münbitliyinin bərpasına və artırılmasına yönəldilmiş dövlət himayəsi hissəsində) həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR