Tolik bacılardan danışdı: "İndi məni düşmən bilirlər"

Tolik bacılardan danışdı:

Prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil" verilişində bir vaxtlar dost olduğu müğənnilər Sevil və Sevinc Səfərovalardan danışıb. 

Aktual.az axşam.az-a istinadən xəbər verir ki, Tolik ad çəkmədən bacılara söz atıb. O bildirib ki, bir vaxtlar yaxın dost olduğu müğənnilər indi onunla düşməndir:

"Dostlarım olub ki, atalarının yasında onlara dost, qardaşları olmuşam. Bu gün mənə üz çevirib, özlərinə düşmən biliblər. Ataları öləndə onları mənə əmanət qoyub getmişdilər. Bu gün bəzi dostluqlara nifrət edirəm ki, ancaq kağız üstündə qurulur".

Qeyd edək ki, Tolik əkizlərlə küsülü olduğunu açıqlamışdı. O bildirib ki, verilişinə Sevil və Sevincin yerinə əməkdar artist Röya Ayxanı çağırıb. Buna görə də bacılar onunla danışmır.
 
Aktual.az
Xəbər 850 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR