Tıxac probleminin həlli ilə bağlı - Xüsusi təkliflər

Tıxac probleminin həlli ilə bağlı - Xüsusi təkliflər

Bakı şəhərinin ən çox tıxac müşahidə edilən əsas yollarından biri - Tbilisi prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün xüsusi təkliflər hazırlanıb.

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

"Bakı yollarında hərəkətin optimallaşdırılmasına dair təkliflər hazırlanıb. Yol-1 adlı bənd Tbilisi prospektini nəzərdə tutur. Belə ki, bu prospektdə 5 ərazidə kəsişmə nöqtəsi var və onlar tıxaca səbəb olur. Məsələn, bu, "Çıraq Plaza"nın qarşısında dayanacaq məntəqəsi və ya Həsən Əliyev küçəsindən Tbilisi prospektinə dönəndə dayanacaq və piyada keçidinin olması, habelə yanacaqdoldurma mərkəzindən çıxışın birbaşa əsas yola olmasıdır. Halbuki, orada nəqliyyatın çıxışı Şəfayət Mehdiyev küçəsinə olmalıdır və s. Təkliflərdə də məhz bu problemlərin aradan qaldırılması məsələləri irəli sürülür", - deyə M.Ağayev qeyd edib.

M.Ağayev əlavə edib ki, nəqliyyatın hərəkətinin optimallaşdırılması ilə bağlı tədbirlər ilkin olaraq paytaxtda 11 ərazidə aparılacaq.
 
Aktual.az
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR