Tibilisi-Bakı aviareysində gecikmə oldu

Tibilisi-Bakı aviareysində gecikmə oldu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gecə həyata keçirdiyi Tibilisi-Bakı aviareysi gecikmə ilə yerinə yetirilib.

Aktual.az  "Report"a istinadən xəbər verir ki, gecikmə təxminən 50 dəqiqə olub.

Belə ki, AZAL-a məxsus sərnişin təyyarəsi Gürcüstan paytaxtından satat 01:20-də havaya qalxmalı olsa da, bu, 02:10-da mümkün olub. Son nəticədə sərnişinlər Azərbaycan paytaxtına saat 02:30-da deyil, 03:20-də çatıblar.

Gecikməyə səbəb kimi dumanlı hava şəraiti göstərilib.
 
Aktual.az 
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR