Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

Tibdə SIÇRAYIŞ:
  • DÜNYA

Hazırda dünya əhalisinin 3-4 milyonu ölümcül Hepatit C virusundan əziyyət çəkir. Hepatit C qan köçürməsi zamanı, tibbi alətlərlə və s. üsullarla yoluxur.

MDB ölkələri Hepatitin ən çox yayıldığı ərazidir. Tibdə böyük nailiyyət qazanmış İsrail səhiyyəsində bu xəstəliyin müalicə yollarını kəşf edilib.
Publika.az xəbər verir ki, İsrail hepotoloqları artıq yeni dərmanlar və ən son müalicə üsulu ilə bu dəhşətli xəstəliyi sağaltmağa nail olublar. İlk mərhələlərdə xəstəliyin müalicəsi olduqca asan və problemsiz tamamlanır.
Ağır Hepatit C zamanı isə qəbul edilən dərmanlar öskürək və qrip kimi əks təsirlər göstərə bilir. İsrailli həkimlər öz dərmanlarının 100% xəstəlikdən qurtulmağa yardım etdiyini bildirirlər. Müalicənin müddəti isə 6 aydır.
Hazırda bu xəstəlikdən qurtulmaq istəyən minlərlə xəstə tibbin zirvəsində duran İsrailə axışır.
 
Aktual.az
Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR