Terrorizmə qurban beyinlər - Terrorçu kimdir?

Terrorizmə qurban beyinlər - Terrorçu kimdir?

"Dünyada insandan qorxulu yaradılış yoxdur”.

İnsanları öldürmək üçün ilk öncə insanlığı öldürmək lazımdır    

Terrorizmin tuğyan etdiyi bir zamanda bu mövzunun araşdırılmasına ehtiyac çoxdur. Dünya mediasının manşet xəbərləri terror yazıları ilə başlayır. Dünyanın ən aparıcı telekanallarının müxbirləri terror baş verən ərazilərdən canlı yayımlar yayır...Məşhur radiostansiyaların ən bacarıqlı fotoreportyorları az qala canlı bombaları belə fotoaparatlarının yaddaşlarına köçürürlər...Terror nədir, terrorçu kimdir və onlar necə böyüyür? Bu mövzu ilə bağlı tanınmış psixoloq Xatirə Səfərovanın feysbuk statusunda TERRORİZMƏ QURBAN BEYİNLƏR adlı yazının maraqlı olacağını nəzərə alıb oxuculara təqdim edirik.

Onun, zaman hissinin qarışıqlığı – keçmişi aktual "indiyə” çevirən; reallıqla fantaziyasının sərhədində yerləşən; apokaliptik həyəcan, dini missiya; sadomazaxist pozisiya; tarixi travma; aqressiya identifikasiyası - (mən aqressiv olmasam mənə aqressiv olacaqlar) və s. kimi psixoportretlərini çəkmək olar.

"Terrorizm” - bu ağır kəlimə arzuları olan, doğru olmayan obyektə amansız şiddətdir. Terrora qurban heç də bombalanmış, güllələnmiş – dinc əhali deyil, terror həm də düşüncələri bombalamaqdır!

Bəzən sosial şəbəkələrdə qara fonda ağ hərflərlə terrora yox deyək fotolarını görürük və bizə elə gəlir ki, bu plakat məsələnin haradasa həlli yoludur, lakin heç uzağa getmədən, ilk evinizdən başlasanız nələr olduğunu görəcəksiz. Tarix boyu  liderliyi əldə saxlamağın ən rahat yolu kütləni seçməkdir.

Terrorçuların məktəbi yoxdur – onlar ilk təhsillərini ailədən alırlar, valideynlərin  fərdi ehtiyaclarının tamamlanmaması, konfliktlə övladlarına ötürdükləri zəhərli dünya mesajları sayəsində və s. Siz heç övladlarınıza aldığınız oyuncaqlarla yaxından tanış olmusunuzmu? Fərqi yoxdur, qızınıza və ya oğlunuza aldıqlarınız - terrora gizli dəstək elementlərini özündə gizləyə bilər.

Bu hal kütləvi şəkil aldığından təsiri mərhələ ilə hiss olunur. Baxın indiki uşaqların emosiyalarına və səmimi etiraf edin ki, indi övladlarınıza təsir etmə gücünüz tamamilə azalıb. 15 il əvvələ nəzər salsaq, insanlarda ən güclü davranış pozğunluğu – pis vərdişlərdən istifadə və ya psixi-ruhi pozğunluqlar olardı və o da nadir ailələrdə. Təəssüflər olsun ki, oğlanlar üçün oyuncaqlar – onların  psixoemosional gərginliklərini artırır və buna da səbəb şüuraltına ötürülmüş  mənfi emosiyadan ibarət olan - "yaxşı simalar” altında uşaqlara o üzləri,  emosiyaları göz yaddaşında həkk edirlər. Həmin cizgi filmlərində və ya oyuncaqlarda savaş, ölüm, din mövzuları vurğulanır.  

Əlbəttə ki, müxtəlif adlar altında kompyuter oyunları isə terrorizmin "ibtidai” sinifləridir. Biznes fəaliyyətinin artımı, qara siyasi arzuların reallaşması üçün –quruculara sadəcə kütlənin beyni lazımdır. 100 eyni  səhv düşünən beyinə - 1 düz  düşüncə təsir edə bilməz!

Belə bir deyim var - "Dünyada insandan qorxulu yaradılış yoxdur”. Hətta  heyvanlarda belə elə bir mərdlik və müdriklik var ki, insanlar onlardan  öyrənməlidirlər. Necə ki, E.Seton–Tompsonun yazdığı "lobo”-nun real tarixçəsi heyvanlardan insanlığı öyrənmək üçün bir istiqamətdir. Bəzi heyvanlar var ki,  onlar sadəcə birliyi, müdrikliyi və ədaləti öyrədir bizə.

İnsanları öldürmək üçün ilk öncə insanlığı öldürmək lazımdır    

Onkoloq Karl Simonton və həyat yoldaşı psixoloq Stefani Metyuz xəstəliklərin –"obrazlı təfəkkürlə” xüsusən də xərçəng xəstəliyinin ilk olaraq müalicə üslubunu kəşf etdilər. Müalicə metodu mikro hipnozdan ibarət olaraq pasiyentlərinə:

- Təsəvvür edin ki, ağ qan hüceyrələri və immun sistemi qorxmaz  döyüşçülərdir. Xərçəng hüceyrələri isə qorxaq və köməksiz heyvanlardır. İndi isə sizə hücum edən qorxaq düşmənlərinizi məhv etməlisiz. Bu üslubla  onlarda şüuraltı formada mübarizə yaradırdılar və nəticə onları günbəgün qane edirdi.

Sübut olunub ki, şüuraltı olaraq orqanizmin yüksək şəkildə özünü müdafiəsi -xəstəliklə mübarizədə böyük rol oynayır.

Beləliklə, təcrübələrində bu obrazlı təfəkkürlə mədəaltı vəzidəki xərçəngdən  əziyyət çəkən pasienti qisa bir zamanda – döyüşçüləri hərəkətə keçirərək - qorxaq heyvanlardan tamamən orqanizmini təmizləmişdir. Pasientlərin əsas tapşırıqları gün ərzində qorxaq düşmənlərini qıraraq, sayını artırmaları idi. Bu mübarizə onlara praktikalarında gözlədiklərindən də yüksək nəticə verdi.

Doktor Velter Kennon (1929) – orqanizmdə tarazlığın pozulmasını "Homeostaz” adlandırmışdır. "Homeostaz  disbalans” - orqanizmdə kimyəvi maddələr  mübadiləsini pozaraq, müxtəlif növ xəstəliklərə qapı açır.

Orqanizmdə disbalansa səbəb ən güclü faktorlardan biri də - stressdir.

Beləliklə, yuxarıdakı praktik metodla həkimlər sübut etmişlər ki, şüuraltı  proqramlaşdırma ilə fərdə müxtəlif istənilən təsirləri etmək mümkündür.  Doktor Velter Kenonun təcrübəsinə əsaslanaraq isə fərdin orqanizmində disbalans yaradaraq – tarazlığını pozmağa meylli olan bir çox amillər vardır.

Kompyuter oyunlarından asılılıq (onurğa sümüyünün fəsadları,  bulimiya–çox yemə, stress, davranış pozğunluqları, asosiallaşma, zaman rejiminin pozulması və s).

Bir çox misallar çəkmək olar - hansı ki, mənfi təsirdən ibarətdir.

Sevgi toxumlarını qəlblərdə əkmək üçün təəssüf ki, bəzi və çox valideynlərin  zamanı yoxdur. Zaman gedir və bizdə bu tarixdə xəbərimiz olmadan eksperimentə çevrilirik. Xərçəng xəstəliyi o qədər də qorxulu deyil -  əsl xərçəng  xəstəliyi beyinlərimizdəki zombi düşüncələrinin sürətli axınıdır.

"Gələcəyin insanı” - A.Lazerev kitabında uşaqların deyil, valideynlərin tərbiyəsindən yazmışdır.  Buradakı motiv – uşaqlarımız nümunələri itiriblər və onların beyinlərindəki ideallar itdiyindən tutarsız, qeyri-müəmmalı obyektlərlə  təskinlik tapırlar. Bu obyektlərdən necə faydalandıqlarını isə onlarla ünsiyyətdə olduqda görə bilərsiz.
 
Xatirə Səfərova, klinik psixoloq/miq.az

Xəbər 4688 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR