Terorda ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur - XİN

Terorda ölən və xəsarət alanlar arasında azərbaycanlı yoxdur - XİN

"Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.
 
Bunu APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, - deyə o əlavə edib.  
 
Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 
 
Aktual.az
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR