Ötən il münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

Ötən il münaqişələrdə 8 000-dən çox uşaq ölüb və ya yaralanıb
  • DÜNYA

Dünyadakı müxtəlif münaqişələrdə ötən il ərzində 8 000-dən çox uşaq ölüb və ya yaralanıb

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.  
 
Onun sözlərinə görə, Əfqanıstandakı münaqişədə ötən il ərzində 3512, Suriyada – 1915, Yəməndə isə 1340 uşaq ölüb və ya yaralanıb.
 
Qeyd edək ki, bundan əvvəl BMT Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. "Qara siyahı”ya həmçinin üsyançı husilər, Yəmən Silahlı Qüvvələrinin və hökumət yönümlü silahlı dəstələrin nümayəndələri və "Əl Qaidə” üzvləri daxil edilib.    
 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR