Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

Ötən il 2 milyon 692 min 219 halda əcnəbinin Azərbaycan ərazisinə girişi qeydə alınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, hesabat dövründə 2 milyon 681 min 391 halda əcnəbinin ölkədən çıxışı qeydə alınıb: "Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 794 min 763 nəfəri olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edib. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan vətəndaşlarına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 92 min 035 müraciət daxil olub. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 21 min 438 min nəfər əcnəbi vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib. Xidmətin Çağrı Mərkəzinə 107 min 172 zəng daxil olub".
Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR