Ötən il 327 nəfərdə kəskin leykoz aşkarlanıb

Ötən il 327 nəfərdə kəskin leykoz aşkarlanıb

Keçən il B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12 628 nəfər olub

Bunu Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov bu gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilmiş hesabat xarakterli tədbirdə deyib. Ç. Əsədov bildirib ki, hazırda isə müəssisədə 27 523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə dispanser qeydiyyatında olanların sayı isə 23 962 nəfər olub.
  
Baş hematoloq əlavə edib ki, ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib.
 
Ç. Əsədov qeyd edib ki, ötən il 143 min 694 nəfər nikahqabağı müayinədən keçib: "Onlardan 4 649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.(lent.az)

Aktual.az
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR