Ötən il 11 mindən çox həyət evi tikilib

Ötən il 11 mindən çox həyət evi tikilib

2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil edib.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub.

Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəranşəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.
 
Aktual.az
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR