Ötən il 1 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Ötən il 1 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Hesabat dövrü ərzində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ümumilikdə 1 ton 202 kq 065, 799 qr müxtəlif növ narkotik vasitə, 12 798 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

APA-nın xəbərinə görə, bu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində əksini tapıb.
Hesabatda qeyd olunub ki, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 676 kq 226, 576 qramı marixuana, 242 kq 419, 444 qramı tiryək, 196 kq 786, 845 qramı heroin, 20 kq 327, 234 qramı həşiş, 66 kq 290, 853 qramı digərləri, 14, 847 qramı kokain, 1645 ədəd həb, 2910 ədəd flakon mydrax, 1 kq 545, 4 qram psixotrop maddə, 12 kq 793 qram güclü təsir edən maddə, 59 kq 391, 1 qram zəhərli maddə, 12 mindən çoxu çətənə kolu olub.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR