Ötən gün avtomobil qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Ötən gün avtomobil qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Ötən gün respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Həmçinin bildirilir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 25-i "isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 38 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Aktual.az
Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR