Nikaha daxil olmaq istəyən 325 nəfərdə talassemiya aşkarlandı

Nikaha daxil olmaq istəyən 325 nəfərdə talassemiya aşkarlandı

"Bu ilin noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb.
Z.Əlimirzəyeva bildirib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub: "Bu müddət ərzində 23 hamilə qadında prenatal müayinə aparılıb. Onların dünyaya gətirdiyi 6 körpə talassemiya xəstəsi, 13-ü daşıyıcı, 4-ü isə sağlam olub". 
"Bu il ərzində 127 173 nəfər müayinədən keçib. Onlardan 13 794 nəfərdə talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 QİÇS, 38 nəfərdə isə talassemiya daşıyıcılığı olan cütlüklər tapılıb" -  o qeyd edib.
 
Aktual.az
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR