Temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Temperatur 4-6 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

ETSN-dən Aktual.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  20-25° isti, Bakıda gecə  13-15°, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 50-60 %  olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacağı gözlənilir. Oktyabrın 26-sı gündüz, 27-də bəzi rayonlarda qərb küləyinin arabir güclənəcəyi, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Havanın temperaturu oktyabrın 27-də ötən günlə müqayisədə 4-6° enəcək.
 
Aktual.az
Xəbər 366 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR