Telekanallarımız pulları necə böləcək?

Telekanallarımız pulları necə böləcək?

Milli Televiziya və Radio Şurası (MTRŞ) prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına ayrılan yardımın necə bölünəcəyi məsələsinə aydınlıq gətirib.

Aktual.az report-a istinadən bildirir ki, MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, ayrılan maliyyə vəsaiti özəl teleradio yayımçıları arasında bərabər əsaslarla bölünəcək.
Qeyd edək ki, prezident İlham Əliyevin mayın 12-də imzaladığı sərəncamla 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərmək üçün Milli Televiziya və Radio Şurasına iki milyon manat ayrılıb.

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR