Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı - "Yola piyada çıxması" söhbəti yalan imiş

Tələbələrin ölümünə səbəb olan sürücü saxlanıldı -

Sürücünün sərxoş olub-olmadığı araşdırılır

 Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.
Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb. 
 
Aktual.az
Xəbər 771 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR