Təhqirlərə görə tanışını öldürən şəxsə qəti cəza - 10 il- (EKSKLÜZİV FOTO)

Təhqirlərə görə tanışını öldürən şəxsə qəti cəza - 10 il- (EKSKLÜZİV FOTO)

Bakı Apellyasiya Məhkəməsində Xəzər rayon sakini Qərib Əhmədovun (1991-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.  

Aktual.az xəbər verir ki, 2015-сi il avqustun 15-də Binə qəsəbəsində yaşayan Qərib Əhmədov şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində qəsəbə sakini Məmmədağa Həsənovun (1989-cu il təv.) ürək nahiyyəsindən bir zərbə vurmaqla, onu qəsdən öldürüb. Həmin gecə sonuncu şübhəli şəxs qismində Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqim olunub.  

İş üzrə dindirilən Qərib Əhmədov bildirib ki, Məmmədağa yaşca ondan böyük olub və daim onu təhqir etməklə, lağa qoyub. Həmin gecə təxminən saat 24 radələrində o, Həsənovla təsadüfən küçədə rastlaşıb. Onun sözlərinə görə, Məmmədağa sərxoş vəziyyətdə idi, onu görən kimi yanına çağırıb iradını bildirməyə başlayıb. Münasibətlərlərini aydınlaşdıra-aydınlaşdıra onlar Əhmədovun yaşadığı evin qarşısına çatıblar. Həsənovun təhqirlərindən hiddətlənən Qərib evə girərək, məişət-təsərrüfat təyinatlı bıçağı alıb, geri qayıdıb və onun döş qəfəsindən bir bıçaq zərbəsi endirib.  

Məhkəmə prosesində Q.Əhmədov ittiham üzrə özünü təqsirli hesab edib. O, Həsənovu döş qəfəsindən təsadüfən vurduğunu bildirib. Məqsədi özünü müdafiə etmək olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.  

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq onun şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.




Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR