Tbilisidə qaz bahalaşdı

Tbilisidə qaz bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə təbii qazın istehlak tarifi artıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası paytaxtı qazla təmin edən "Kaztransqaz" ASC-nin tarifin artırılması ilə bağlı təklifini nəzərdən keçirib.

Komissiyanın qərarına əsasən, Tbilisi əhalisi üçün təbii qazın istehlak tarifi 0,5 tetri artırılaraq 1 kubmetr üçün 46,153 tetri məbləğində müəyyən olunub.

Yeni tarif cari ilin iyulun 20-dən 2018-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası "SOCAR Georgia Gas" ASC, "Sakorqaz" SC-nin də analoji təkliflərini nəzərdən keçirir.

Qeyd edək ki, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının dünənki qərarına əsasən, ölkədə qaz nəqlinin tarifi də 0,5 tetri artırılıb.
 
Aktual.az 
Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR