Tarkan Bakı səfərindən YARIM MİLYON dollar qazanacaq

Tarkan Bakı səfərindən YARIM MİLYON dollar qazanacaq

Xəbər verdiyimiz kimi, Tarkan "Formula 1” Azərbaycan Qran-Prisinin açılışında səhnəyə çıxacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meqa ulduz Bakıdakı çıxışından 500 min dollar (təxminən 750 min manat) qazanacaq.
Yeni albomunu çıxartmağa hazırlaşan müğənni "Formula 1" üzrə Qran-pri yarışlarının 23 iyundakı açılışında çıxış edəcək. 44 yaşlı müğəni Bakı konseti ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb. O, çox həyəcanlı olduğunu gizlətməyib.
Biletlərin qiymətləri 70 manatla 250 manat arasında dəyişir.
Xatıladaq ki, Bakı F1 GP yarışlarının keçənilki açılış mərasimində Enrike İqlesias, Kris Braun və Farel Uilliams kimi dünyaca məşhur ifaçılar səhnə almışdı.
 
Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR