Tarkan artıq Bakıda – FOTO

Tarkan artıq Bakıda – FOTO

Tarkan dünən axşam saatlarında Bakıya gəlib.

Publika.az xəbər verir ki, bu gün "Formula 1" Azərbaycan Qran-Prisinin açılışında konsert verməyə hazırlaşan meqa ulduz artıq Bakıdadır. Onun fanatlarından biri dünən Atatürk Hava Limanında ulduzla şəkil çəkdirib və sosial şəbəkədə paylaşıb.
Dünya şöhrətli ifaçı Bakı konsertində 7 illik fasilədən sonra çıxardığı yeni albomdan olan mahnıları səsləndirəcək. Qeyd edək ki, albom bir həftə əvvəl satışa buraxılsa da, artıq satış rekordu qırıb.
Xatırladaq ki, Türkiyə mətbuatı Tarkanın Bakı çıxışından yarım milyon - 500 min dollar (təxminən 850 min manat) qonorar əldə edəcəyini yazmışdı.
Xəbər 467 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR