Tarixi binanın yerində əyləncə mərkəzi tikilir - Fotolar

Tarixi binanın yerində əyləncə mərkəzi tikilir   - Fotolar

"Tarqovıy" məhəllə kimi tanınan ərazidə, Natavanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən "Azərbaycan" kinoteatrının yerində tikiləcək obyektin görüntüləri nümayiş etdirilib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki. məlumata görə, həmin yerdə "Hard Rock" adlı istirahət-əyləncə mərkəzi inşa olunur.

Yeni mərkəzin binasının dizaynı və xarici görünüşü "Azərbaycan" kinoteatrının köhnə binasından çox fərqlənməyəcək. Bildirilir ki, burada yeni kinoteatr da yerləşəcək.

Qeyd edək ki, "Azərbaycan" kinoteatrının köhnə binası sökülərkən onun yan divarlarına toxunulmamışdı. Yeni tikilinin bu ilin sonunadək təhvil veriləcəyi gözlənilir.




Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR