Tanınmış futbolçu karyerasını bitirdi

Tanınmış futbolçu karyerasını bitirdi

"Real Madrid, "Liverpul” klubunun və İspaniya yığmasının sabiq futbolçusu Alvaro Arbeloa karyerasını bitirib.

APA-nın məlumatına görə, bunu 34 yaşlı müdafiəçi "Marca” nəşrinə müsahibəsində açıqlayıb.
Müxtəlif illərdə həmçinin "Deportivo” və "Vest Hem” klublarının formasını geyən A. Arbeloa İspaniya yığmasının heyətində bir dəfə Dünya (2010), iki dəfə Avropa çempionu (2008, 2012) adını qazanıb.
Madrid "Real”ının yetirməsi olan müdafiəçi klubu ilə birgə iki dəfə Çempionlar Liqası və İspaniya Kuboku, bir dəfə isə İspaniya çempionatının qalibi olub.
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR