Tanınmış aktyor canlı yayımda İNTİHAR ETDİ

Tanınmış aktyor canlı yayımda İNTİHAR ETDİ

Türkiyənin tanınmış teatr aktyoru Orhan Yücel qarşılıqsız eşq yaşadığı üçün intihar edib.

Milli.Az Takvim-ə istinadən xəbər verir ki, İstanbulda yaşayan Yücel ötən gün Facebook-da canlı yayım etdiyi zaman adını açıqlamadığı bir qadını çox sevdiyini, ancaq sevgisinə qarşılıq vermədiyi üçün, günah olduğunu bilə-bilə intihar etməyi üstün tutduğunu bildirib. Ardınca 100 ədəd həb içərək onu sevənlərdən dua etmələrini istəyib.

Bu istəyindən sonra evində huşsuz halda tapılan Yücel dərhal xəstəxanaya çatdırılıb. Mədəsi yuyulsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR