TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlandı

TANAP-ın tikintisində iştirak edəcək daha bir şirkətin adı açıqlandı

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan təbii qazın Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərinin (TANAP) sonuncu hissəsini (Lot-4) həyata keçirəcək şirkət müəyyənləşib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, "TANAP Doğal Gaz İletim A.Ş." tərəfindən "48 düym diametrli quru hissəsinin inşaat"ı üçün elan olunan tenderin qalibi "Punj Lloyd-Limak" birgə müəssisəsi olub.
Bununla bağlı "TANAP Doğal Gaz İletim A.Ş" və "Punj Lloyd-Limak" birgə müəssisəsi arasında saziş imzalanıb.
Birgə müəssisə TANAP-ın Əskişəhərdən başlayaraq Biləcik, Kütahya, Bursa, Balıqəsir, Çanaqqala, Təkirdağ və Ədirnə şəhərindən keçərək Türkiyə-Yunanıstan sərhədində Ədirnənin İpsala qəsəbəsində sona çatacaq 48 düymlük 459 km-lik hissəsinin inşasını həyata keçirəcək.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR