Tamamilə çərçivəsiz smartfon təqdim olundu

Tamamilə çərçivəsiz smartfon təqdim olundu

Cari ilin martında Çinin "Vivo" şirkəti tərəfindən təqdim edilmiş "Apex" adlı çərçivəsiz smartfonun özəlliyi irəli-geri hərəkət edən ön kamera ilə təchiz edilməsi idi. 3 ay sonra sözügedən şirkət "Apex" qurğusunun əsasında yaradılmış qabaqcıl "Nex" smartfonunu nümayiş etdirib.

Aktual.az  ICTnews-a istinadən bildirir ki, yeni smartfon daxili barmaq izləri skanerinə malik 6,59 düymlük OLED ekrana malikdir. Ekran qurğunun ön səthinin 91,24%-ni tutur. Prototipdə olduğu kimi, yeni qabaqcıl smartfonda da ön kamera daxildə yerləşir və lazım gəldikdə "selfi" çəkmək üçün irəliyə doğru hərəkət edir.
Bundan başqa, "Vivo Nex" aparatı "Qualcomm Snapdragon 845" prosessoru, 8 QB-lıq əməli və 256 QB-lıq daxili yaddaş, həmçinin 4000 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

Smartfonun ikiqat əsas kamerası f/1.8 aperturalı 12 meqapiksellik kamera və 5 meqapiksellik əlavə modula malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir. Aparat danışıq dinamikinin əvəzinə displeyin vibrasiyası sayəsində səsi ötürən "Screen SoundCasting" texnologiyası ilə təchiz edilib. 8 mm qalınlığında olan smartfonun çəkisi təxminən 199 qr təşkil edir.
 
Aktual.az 
Xəbər 809 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR