Taleh Bağırova yenidən hökm oxundu

Taleh Bağırova yenidən hökm oxundu

Bu gün Qaradağ Rayon Məhkəməsində "Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni başlanmış cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rufan Mürsəlovun sədrliyi ilə keçieilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.Bağırov 5 ay müddətinə azadlıqdan məhrum edilib. Yeni hökmə əsasən, T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.
Xatırladaq ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilib. 
Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir.
 
Aktual.az
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR