Talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb - NAZİRLİK

Talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb - NAZİRLİK

Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.
"Belə ki, il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib. Bu şəxslərin hamısına ayrı-ayrılıqda tibbi-genetik həkim məsləhəti verilib.
Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanılıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.
Ölkəmizdə prenatal diaqnostika da tətbiq edilmişdir. Beləki, döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. İl ərzində nikaha daxil olmaq istəyən 42 çütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib”.
 
Aktual.az
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR