Taksilərdə siqaret çəkmək qadağan olunacaqmı?

Taksilərdə siqaret çəkmək qadağan olunacaqmı?

Azərbaycanda taksilərdə siqaret çəkilməsinin qadağan edilməsi təklif olunur.

Bu təkliflə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev çıxış edib.

 Aktual.az Trend-ə istinadən xəbər verir ki, M.Quliyev  bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində taksi xidməti yüksək keyfiyyətli xidmət hesab edilir.

Onun sözlərinə görə, həm taksi maşınının vəziyyəti yaxşı səviyyədə olmalıdır, həm də sürücünün davranışı, mədəniyyət səviyyəsi, səliqəliliyi olmalıdır: “Burada ən vacib məsələlərdən biri də taksilərdə siqaret çəkilməsinin qadağan olunmasıdır. Mən bu təkliflə Milli Məclisdə çıxış etmişəm. Bu həm taksi sürücüləri, həm də sərnişinlər üçün vacidbir. Çünki taksi kiçik qapalı bir məkandır. Əgər taksidə bir nəfər siqaret çəkirsə, orada olanların hamısı siqaret tüstüsündən zəhərlənir. Orada uşaqlar da, qadınlar da olur”.

Qeyd edək ki, qapalı məkanlarda siqaret çəkməyi qadağan edən qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR