Tahir Mirkişili: Vətəndaşlar parlaq gələcəyə, güclü dövlətə, əmin-amanlığa və tərəqqiyə səs verdilər

Tahir Mirkişili: Vətəndaşlar parlaq gələcəyə, güclü dövlətə, əmin-amanlığa və tərəqqiyə səs verdilər

«Hər bir ölkədə prezident seçkiləri çox önəmli bir hadisədir. Çünki bütövlükdə ölkənin və xalqın taleyi bu seçkidən və seçilmiş liderdən asılıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, seçkilərdə müxtəlif siyasi partiyaları təmsil edən namizədlər olsa da, xalqın ümidi və ürəyi bir namizəd ilə - cənab İlham Əliyev ilə bağlı idi. Biz bunu təbliğat-təşviqat görüşləri zamanı da hiss edirdik. Çünki insanlar bu tədbirlərə də çox aktiv və çoşqu ilə gəlirdilər.

«Məhz cənab İlham Əliyevin son 15 il ərzində gördüyü işlər, Azərbaycan vətəndaşları üçün əmin amanlıq və tərəqqiyə nail olması, ölkənin və azərbaycanlıların beynəlxalq aləmdə güclü və rəğbət yaradıcı imicini yaratması onu artıq xalqın sevimli və güclü liderdinə çevirmişdir. Bundan əlavə insanların təhlükəsiz, güclu, tərəqqi edən bir ölkədə firavan yaşaması arzuları da məhz cənab İlham Əliyev ilə bağlıdır. Məhz seçki günü insanlar seçkilərdə aktiv iştirak etməklə və ona səs verməklə iki mühüm mesaj verdilər: Birincisi, son 15 ildəki həyata keçirdiyi işlərə görə on;a təşəkkür etdilər. İikncisi, indidən sonra da həyata keçirəcəyi hədəflərində daim Onun yaninda olacaqlarını bildirdilər. Və bununla da vətəndaşlar parlaq gələcəyə, güclü dövlətə, əmin-amanlığa və tərəqqiyə səs verdilər! Bu cənab İlham Əliyevin möhtəşəm qələbəsi idi və bunu müşahidə etmək belə Azərbaycanı sevən hər kəsdə qürür hissi oyadır!»-deyə, deputat qeyd edib.

Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR