Tahir Əkbər 72 yaşında vəfat etdi

Tahir Əkbər 72 yaşında vəfat etdi

Azərbaycanın tanınmış bəstəkarı Tahir Əkbər 72 yaşında vəfat edib.

Bu barədə Aktual.az-a Report-a istinadən xəbər verir .
Onun hansı səbəbdən vəfat etdiyi hələ ki, məlum deyil.
Sənətçi 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. "Simfonik rənglər", ilahiyyat mövzusunda yazdığı "Amin" əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Allah rəhmət eləsin!

Xəbər 1469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR