Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soylu Bakı Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:
"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".
Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR