Sürücülərin nəzərinə: 150 manat cərimə oluna bilərsiniz

Sürücülərin nəzərinə: 150 manat cərimə oluna bilərsiniz

Avtomobilin şüşələrinə plyonka çəkərək idarə edən 14 sürücü saxlanılıb və onların avtomobilləri cərimə meydançasına aparılıb.

Aktual.az  bildirir ki, bu barədə mətbuata Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədovun sözlərinə görə, isti hava şəraiti olsa da belə, avtomobillərin şüşələrinə plyonkaların çəkilməsi yolverilməzdir və bu, inzibati xəta tərkibi yaradır: "Xatırladırıq ki, yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, mayın 1-dən noyabrın 15-ə qədər avtomobilin qapı şüşələrinə jalüz və pərdələr vurularaq istismar edilməsinə icazə verilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobilin şüşələrinə plyonka çəkilərək idarə edilməsinə görə, sürücü 150 manat cərimə olunur.
 
Aktual.az
Xəbər 3062 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR