Sürücülərə XƏBƏRDARLIQ - Avtomobiliniz evakuasiya ediləcək

Sürücülərə XƏBƏRDARLIQ   - Avtomobiliniz evakuasiya ediləcək

Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. İndiki mərhələdə trek boyunca təhlükəsizlik baryerləri quraşdırılmaqdadır.

Aktual.az avtosfer.az-a istinadən bildirir ki, əməliyyat şirkəti şəhər sakinlərinin möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunmasında göstərdiyi dəstəyə görə böyük minnətdarlığını bildirir və qeyd edir ki, plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərinin anlayışına və davamlı dəstəyinə ehtiyac var. Belə ki, hazırda trek boyunca təhlükəsizlik baryerlərinin quraşdırılması işləri sürətlə aparılmaqdadır. Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillər iş prosesini ləngidir, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəlləyir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin trekə düşən hissələrində avtomobilləri saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR