Sürücülərə bəd xəbər — yeni cərimə növü gəlir

Sürücülərə bəd xəbər — yeni cərimə növü gəlir

"Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər"

Aktual.az Sputnik-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov belə deyib.

O bildirib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən, öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur. 


"Biz həyət yollarında hansı tədbirləri görməliyik ki, vətəndaşlar razı qalsınlar? Heç olmasa, maşını tərk edən sürücülər onun şüşəsinə öz telefon nömrələrini yapışdırsınlar ki, irəlidə hər hansı xoşagəlməz situasiya ilə rastlaşmasınlar" — polkovnik qeyd edib. BDYPİ rəsmisinin sözlərinə görə, əgər hadisə qapalı həyətlərdə baş verirsə, onda yol polisi ora müdaxilə edə bilmir: "Lakin avtomobil sahibi düşünülmüş şəkildə maşınların həyətdaxili yollarda ümumi istifadəsinə mane olursa, onları bağlayırsa, onda o, məsuliyyət daşıyır. Biz həmişə vətəndaşlara xidmət edirik. Lazım gələrsə, qanunu pozanı tapırıq və maşını başqa yerdə saxlamağı xahiş edirik. Bütün bu məsələlər qanunla tənzimlənir". Bununla belə, V. Əsədov yol polisinin işini çətinləşdirməməyi rica edir. Deyir ki, onsuz da, şəhər yollarında kifayət qədər qaydaları pozan sürücülər var. O, əhali arasında bu istiqamətdə anlaşılan bir dildə maarifləndirmə, izahat işlərinin aparılmasını tövsiyə edir. "Vətəndaşlar, avtomobil sahibləri piyadaları və digər sürücüləri də düşünməlidirlər. Əgər bu gün kimsə qaydaları pozursa, başqalarına mane olursa, bilməlidir ki, sabah da ona qarşı eyni addımı atacaqlar" - polis yetkinlisi vurğulayıb.

Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə situasiyalarda çıxılmaz vəziyyət yaradırlar. Misal üçün, təcili yardım, yaxud da yanğınsöndürmə briqadaları vaxtında hadisə yerinə çata bilmir.

Yeri gəlmişkən, "keçid üçün yolun açılması və avtomobilin digər yerdə yerləşdirilməsi üçün evakuator çağırıla bilərmi" sualına Əsədov belə cavab verib: "Əgər evakuasiya xidməti olsa belə, sahibi olmadan heç kəsin onun avtomobilinə toxunmaq hüququ yoxdur. Belədə həmin maşının sahibi hakimiyyət orqanlarından şikayət verə bilər və bu zaman o, tamamilə haqlı olacaq". Əlavə etmək lazımdır ki, Bakı əhalisinin sayının artması ilə əlaqədar olaraq şəhərdə avtomobillərin sayı da artır. Şəxsi maşınla hərəkət etmək getdikcə çətinləşir və çoxsaylı problemlər yaranır. Yol polisinin verdiyi məlumata görə, hazırda Azərbaycanda 1 milyon 400 min avtomobil var. Onlardan da 700 mindən çoxu Bakıda qeydiyyatdan keçib. Bu nəqliyyat vasitələrinin yerləşməsi üçün az yer tələb olunmur. Problemlər və münaqişələr xüsusilə axşam saatlarında, vətəndaşlar işdən qayıdarkən baş verir. O saatlarda parklama üçün yer çatışmır. Belə olan təqdirdə, sürücü maşını digər maşınların qarşısında saxlamağa məcbur olur ki, nəticədə daha əvvəl park etmiş maşının oradan çıxması müşkülə çevrilir. Səhərlər işə gecikən sürücülər maşını həyətdən çıxarmaq üçün onun yolunu kəsən avtomobilin sahibini axtarmalı olurlar. Artıq qeyd olunduğu kimi, belə hallar üçün qanunvericilikdə lazımi cəza növləri nəzərdə tutulmayıb.
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR