“Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

“Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“
  • DÜNYA

"Ankara Suriyada müharibə aparmır, söhbət terrorçuluqla mübarizədən gedir"

APA-nın məlumatına görə, bunu Münhen Təhlükəsizlik Konfransında çıxış edən Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.
 
"Suriyada müharibə yoxdur. Bu, terrorçuluqla mübarizədir. Bu mübarizədə Türkiyə ilə yanaşı koalisiya tərkibində 62 ölkə, habelə Rusiya və İran iştirak edir", - deyə o vurğulayıb.
 
B. Yıldırım onu da qeyd edib ki, Suriya və İraqda bir terror təşkilatı zərərsizləşdirilsə də, hazırda terrorçular yeni ad altında birləşiblər. Onun sözlərinə görə, terrorçular qanunsuz yolla, o cümlədən internet vasitəsi ilə əldə etdikləri Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər.  
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR