Suriya müxalifəti Astana görüşlərində iştirak edəcək

Suriya müxalifəti Astana görüşlərində iştirak edəcək
  • DÜNYA

Suriya probleminin həlli üçün Astanada keçirilən müzakirələrdə Suriya müxalifətinin 9 qruplaşması iştirak edəcək

 "Ölkə.Az" xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər nazirliyi məlumat yayıb.

Qazaxıstan xarici işlər nazirliyinin Asiya və Afrika departamentinin direktoru Aydarbek Tumatov bəyan edib ki, Suriya probleminin həlli üçün keçirilən Astana görüşlərində müxalifətin doqquz qruplaşması iştirak edəcək.

Aydarbek bildirib: "Müxalifətin nümayəndə heyətinə Məhəmməd Alluş rəhbərlik edir. O, "Ceyş əl-İslam" qruplaşmasının təmsilçisidir. Görüşdə müxalifətin doqquz qruplaşması iştirak edəcək".

Qeyd edək ki, bir müddət əvvəl Məhəmməd Alluşun görüşlərdə iştirak etmək üçün Astanaya səfər etdiyi barədə məlumat yayılmışdı.
 
Aktual.az
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR