Suriya ilə bağlı razılaşma qüvvəyə mindi

Suriya ilə bağlı razılaşma qüvvəyə mindi

Astanada Suriyada 4 təhlükəsiz zonanın yaradılması haqqında imzalanan memorandum bu gündən qüvvədədir.

Publika.az xəbər verir ki, memorandum Suriyadakı proseslərə həll yolu tapmağa çalışan ölkələr - Rusiya, Türkiyə, İran və Suriya müxalifəti arasında imzalanıb.
Suriyada yaradılacaq təhlükəsiz zonaların məqsədi birbaşa hərbi qarşıdurmanın qarşısını almaqdır.
Memorandumu imzalayan ölkələr 5 gün ərzində təhlükəsiz zonaların yaradılması üzrə xüsusi işçi qrup formalaşdırmalıdırlar.
Qeyd edək ki, bu zonalar İdlib vilayəti, Xoms şəhərinin şimalı, Şərqi Guta və ölkənin cənubudur. Suriya böhranının tərəfləri arasında birbaşa qarşıdurmanın olmaması üçün bu zonalar arasında təhlükəsizlik xətləri yaradılır.
Təhlükəsizlik zonanın yaradılması müvəqqəti prosesdir və təxmini yarım il çəkəcək. Əgər bu müddət ərzində memorandumu imzalayan ölkələr müəyyən razılığa gələ bilsə, prosesin müddəti avtomatik olaraq uzadılacaq.
 
Aktual.az
Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR