Suraxanıda faciə: Yaşlı kişi küçədə öldü

Suraxanıda faciə: Yaşlı kişi küçədə öldü

Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, səhər saatlarında A.Rzayev küçəsində "Seat" markalı, 90 UR 449 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 65-70 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

Aktual.az
Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR