Şura Mingəçevirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

Şura Mingəçevirdə QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sentyabrın 22-də Mingəçevirdə "QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib.
Şuradan  verilən məlumata görə, konfransda Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələri iştirak edib.
 
Toplantıda çıxış edən Mingəçevir şəhər icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində artıq QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. QHT-lərin inkişafı üçün zəruri imkanların yaradıldığını bildirən S. Əliyev yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərini deyib.
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi, şura sədrinin müavini Vüsal Quliyev bildirib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil. QHT-lərin ictimai problemlərin həllində iştirakları, təşəbbüskarlıqları il-ildən daha da artmaqdadır. V. Quliyev regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib.
 
Konfransda "QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov artıq QHT-hökumət münasibətlərinin əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb: "QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atır. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və sahələr üzrə yüzlərə layihə həyata keçirərək cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”.
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR