Sumqayıtda yaşayış binasında YANĞIN: 11 nəfər təxliyə edildi

Sumqayıtda yaşayış binasında YANĞIN: 11 nəfər təxliyə edildi

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.
 
Aktual.az xəbər verir ki, məlumatı FHN yayıb.
 
Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın söndürülüb.
 
Aktual.az 
Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR