Sumqayıtda həyat yoldaşını baltalayan şəxsə hökm oxundu

Sumqayıtda həyat yoldaşını baltalayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Abduləzimov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi Sumqayıt şəhəri, Tağıyev qəsəbəsinində baş verib. Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov həyat yoldaşı Xalidə Günəşovanı baltalayaraq qətlə yetirib.
F.Abduləzimov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub

Aktual.az
Xəbər 242 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR