Sudanın səfiri İlahiyyat İnstitutunda olub – FOTO

Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay Azərbaycan İlahiyyat İnstitutunda olub.
 
İnsitutun rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunuqeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə "İslam həmrəyliyi ili” elan olunduğunu, milli – mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. Ceyhun Məmmədov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib.
Daha sonra Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriAbbas Mustafa Əhməd AbdallayAzərbaycanda səfir kimi çalışmaqdan məmnun olduğunu qeyd edərək, Azərbaycan İlahiyyat İnstitutuna fəaliyyətində uğurlar arzulayıb. O, Sudan Universitetləri ilə  Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.
Sonra qonaq İnstitutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada islam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid Azərbaycan, türk və ərəb dillərində 12000 kitabın mövcud olduğunu qeyd edib.Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abbas Mustafa Əhməd Abdallay Azərbaycan İlahiyyat İnstitutunda olub.
İnsitutun rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunuqeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə "İslam həmrəyliyi ili” elan olunduğunu, milli – mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini qeyd edib. Ceyhun Məmmədov İnstitutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib.
Daha sonra Sudanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriAbbas Mustafa Əhməd AbdallayAzərbaycanda səfir kimi çalışmaqdan məmnun olduğunu qeyd edərək, Azərbaycan İlahiyyat İnstitutuna fəaliyyətində uğurlar arzulayıb. O, Sudan Universitetləri ilə  Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlığın qurulmasına dəstək verməyə hazır olduğunu bildirib.
Sonra qonaq İnstitutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada islam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid Azərbaycan, türk və ərəb dillərində 12000 kitabın mövcud olduğunu qeyd edib.

Xəbər 147 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR