Su kanalında kişi meyiti tapıldı

Su kanalında kişi meyiti tapıldı

Samuxda su kanalında kişi meyiti aşkarlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar Sarı kəndi ərazisindən keçən Şəmkir-Samux maşın kanalından meyit tapılıb. Təxminən 25-30 yaşlarında olan kişinin kimliyi məlum deyil.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. Meyitin sudan çıxarılması və şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.
 
Aktual.az
Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR