Stokholmda TERAKT - Ölənlər var - FOTO

Stokholmda TERAKT - Ölənlər var - FOTO

"Bütün əlamətlər onu göstərir ki, baş verən hadisə terror aktıdır”.
 
APA-nın "Reuters”ə istinadən verdiyi məlumata görə, bunu İsveçin baş naziri Stefan Löven deyib.
 
Yük avtomobilinin məxsus olduğu "Spendrups” şirkət avtomobilin qaçırıldığını açıqlayıb.
 
***
Stokholmda polis yük avtomobilini insanların üzərinə sürən şəxsi saxlayıb.
 
APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" yerli mediaya istinadən yazıb.
 
Hadisədən dərhal sonra metro bağlanıb.
***
Stokholm polisi bu gün şəhərdə yük maşını sürücüsünün avtomobili insanların üzərinə sürməsinin terror aktı ola biləcəyini nəzərdən keçirir.
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, baş verən avtoqəza deyil, terror aktıdır.
 
Təsdiqlənməmiş məlumatlara hadisənin baş verdiyi ərazidə silah səsləri eşidilib.
 
Polis hadisə nəticəsində iki nəfərin öldüyünü təsdiqləyib, vətəndaşları şəhər mərkəzindən uzaqlaşmağa çağırıb.
 
Başqa bir məlumata görə, avtomobil insanları vurandan sonra mağazaya girib.
***
İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.
 
APA-nın məlumatına görə, bu barədə "RİA Novosti” yerli mətbuata istinadən xəbər yayıb.
 
Hadisə nəticəsində 3 nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu bildirilir.
 
Aktual.az
 









Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR